HAQQIMIZDA

Premium yaşamın yeni ünvanı“Zumrud Residence”

Premium yaşamın yeni ünvanı“Zumrud Residence”

Qapalı şəhər konseptində inşa edilən “Zumrud Residence” yaşayış kompleksi Bakı şəhəri, Nərimanov rayonunda, Heydər Əliyev mərkəzi və Konqress mərkəzin tam yanında yerləşməkdədir.

QAPALI HOVUZ

UŞAQ OYUN MEYDANÇASI

GENİŞ HƏYƏTYANI ƏRAZİ

YERALTI DAYANACAQ

24/7 MÜHAFİZƏ

MƏRKƏZİ YERLƏŞİM

Kompleksimizin inşası nəzərdə tutulan müddətdə, plan üzrə icra edilməkdədir. Beləki, 4 ha ərazidə, 7 yaşayış binasından ibarət olan layihəmizdə artıq üç bina sakinlərin ixtiyarına verilmişdir. Digər binaların tikintisi sürətlə davam etməkdədir.

Layihəmiz kommunal xidmətlərlə tam olaraq təchiz edilmişdir. İşıq, qaz və su kimi yaşayış üçün vacib olan komponentlərlə təchiz edilmişdir. Layihəmizin hazır olan binalarına çıxarışın verilməsinə də başlanılmışdır. Həmçinin, binalarımız sürətli “Mitsubishi” markalı liftlərlə təchiz edilmişdir.

Layihəmiz daima müşahidə kameraları və mühafizə xidməti ilə nəzarət altındadır. Kompleksimizin daxilində uşaq bağçası, futbol meydançası, tennis kortu, açıq və qapalı hovuz, uşaq əyləncə mərkəzi, fitness və SPA mərkəzi, gözəllik salonu, yeraltı dayanacaq sakinlərin istifadəsində olacaqdır.

Bir sözlə, “Zumrud Residence” premium seqmentin bütün tələb və istəklərinə cavab verən, hər bir incə detalın düşünüldüyü möhtəşəm bir layihədir.

25 illik fəaliyyəti dövründə, bir çox möhtəşəm layihələrə imza atmış, tikinti və inşaat sahəsində böyük təcrübələr əldə etmiş “Minera Şirkətlər Qrupu ”, imza atdığı layihələrin hər biri ilə fəxr edir. Təhvil verilmiş layihələrə nəzər salsaq, “Evrika Litseyi, Dəniz Uşaq bağçası, Arion Hotel, Yeraltı və Yerüstü keçidlər, Körpülər, Gənclik mehmanxanası, Füzuli küçəsində yerləşən yaşayış binaları fasadları, Zümrüd Residence yaşayış kompleksi,  Bakı Bağları Residence, Göl Mənzərəsi Residence və Azadlıq Bağçalı Evlər yaşayış komplekslərini misal gətirmək olar.

ƏTRAFLI MƏLUMAT ÜÇÜN

https://zumrudresidence.az/wp-content/uploads/2021/09/Logo.-160x160.png

Bizi izlə:

BİZƏ ZƏNG EDİN

Zumrud Residence 2021.

© Bütün hüquqlar qorunur 

Hazırladı: